“Turizm Oskarı” Gürcüstanda veriləcək

post-img

“Turizm Oskarı” kimi tanınan beynəlxalq “World Travel Awards” mükafatının təqdimatı mərasimi ilk dəfə olaraq Gürcüstanda keçiriləcək. Batumi sentyabrın 28-29-da bu nüfuzlu tədbirə evsahibliyi edəcək. Bu barədə Acariya hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Gürcüstanın Qara dəniz sahi­lində yerləşən bu şəhərində apa­rıcı turizm şirkətlərinin 300-dək nümayəndəsinin, eləcə də 20-dən artıq ölkənin biznes və dövlət müəs­sisələrinin iştirak edəcəyi turizm forumu təşkil olunacaq. 

Sentyabrın 29-da keçiriləcək tədbirdə Avropanın aparıcı turizm istiqamətlərinin adları açıqlanacaq. “World Travel Awards” mükafatının nominasiyalarından birində Bota­nika bağı və Batumi bulvarı təmsil olunacaq. 

Tədbiri populyar səyahət bloger­ləri və “Euronews”, “Wanderlust”, “Emerging Europe” və “EarthPix” kimi beynəlxalq KİV işıqlandıracaq.

Son xəbərlər