Rusiya Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.
Peskov deyib ki, Rusiya tərəfi, ilk növbədə, daha vacib olan humanitar aspekti izləyir.
“Bizim sülhməramlılar insanlara kömək edirlər. Çoxları Ermənistan ərazisinə keçmək arzusunu bildirirlər. Arzu edənlərə dəstək göstərilir”, - deyə Peskov brifinqdə bildirib.
P.ƏMİRCANOV
XQ

