Zəngəzur dəhlizi – Şərqi Qərbə birləşdirən arteriya

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsini icra edən Ayhan Satıcı Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq “Şərq-Qərb Logistika” Forumunda Azərbaycanı təmsil edib.

Ayhan Satıcı forumda “Zəngəzur dəh­lizinin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ilə Avropa İttifaqı arasında iqtisadi münasibətlərin perspektivləri” adlı təqdimatla çıxış edib. O bildirib ki, Zəngəzur dəhlizinin böyük regional və beynəlxalq əhəmiyyəti var. Çünki bu layihə Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriyadır.

İkigünlük beynəlxalq forumda CARECİnstitutu, Asiya İnkişaf Bankı və Al­man-Qazax Universitetinin, həmçinin ABŞ, Almaniya, Türkiyə, Yaponiya, Hin­distan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nüfuzlu institut və beyin mərkəz­lərinin alimləri iştirak ediblər.

XQ

Son xəbərlər