AZƏRTAC-ın uğuru

post-img

Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının Rəyasət Heyətinin üzvü seçilib.

Bununla bağlı qərar quru­mun iclasında qəbul olunub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tədbirdə iş­tirak edib.

İclasda Sinxua agentliyinin prezidenti Fu Hua platforma­nın əhəmiyyətindən danışıb. 

Sonra Rəyasət Heyətinin üzləri Fu Hua, Vüqar Əliyev və Xose Xuan Sançez qurumun yeni üzvlərinə sertifikatlar təq­dim ediblər.

Qeyd edək ki, platforma Çinin Sinxua xəbər agentli­yinin təşəbbüsü ilə 2019-cu ildə yaradılıb və dünyanın bir çox ölkələrindən KİV-i, beyin mərkəzlərini öz ətrafında bir­ləşdirir. AZƏRTAC platforma­nın təsisçilərindən biridir.

XQ

Son xəbərlər