Vardanyan Rusiyadanhüquqi kömək ala bilməyəcək

post-img

Rusiya qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış və Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılan Ruben Vardanyana kömək etməyəcək.

Bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksandr Başkin məlumat verib.

O deyib ki, ötən ilin sonunda Vardanyanın ərizəsi əsasında Ru­siya Prezidenti Vladimir Putin onun vətəndaşlığına xitam verilməsi barədə fərman imzalayıb.

A.Başkin əlavə edib ki, Vardan­yan öz xoşu ilə Rusiya vətəndaşlı­ğından imtina edib və bu səbəbdən o, Rusiyadan heç bir hüquqi kömək ala bilməyəcək.

XQ

Son xəbərlər