Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, ölkəmizin ilk elektrik mühərrikli avtobusu Bakıda fəaliyyətə başlayıb.
Bildirilib ki, elektrobusun marşrut xətti “20-ci sahə”– “Nəriman Nərimanov” metrostansiyası istiqamətini əhatə edir.
Salonda 33 sərnişin oturacağı var, ümumi sərnişin tutumu 82 nəfərdir. Tam doldurulduqda avtobus 350 kilometr məsafə qət edə bilir. Avtomobil müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
XQ

