Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan TŞ katibinin görüşü

post-img

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

“Report” Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zama­nı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziy­yəti müzakirə ediblər.

Hikmət Hacıyev Azər­baycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.

Görüş həmçinin oktyab­rın 5-də Qranadada keçiril­məsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçün­cü sammiti çərçivəsində li­derlərin mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir müba­diləsi aparmağa imkan verib.

Son xəbərlər