Rusiyalı ekspert: Azərbaycan bu illər ərzində ordusunu gücləndirib

post-img

Qarabağın müdafiəsinin zəruriliyi barədə mövqe erməni ideologiyasının əsası olmaqdan çıxıb. Bu əsas amildir. İkinci amil Azərbaycanın çoxillik güclənməsidir. Bu gün Balakəndən Astaraya qədər hər hansı bir Azərbaycan evinə zəng edin və Qarabağın taleyi, onunla nə ediləcəyi barədə sual verin. Qəti cavab alacaqsınız. Ermənistanda isə vəziyyət dəyişib.

Bu fikirləri rusiyalı sosioloq-ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Aleksey Tokarev lenta.ru portalına Azərbaycanın anti-terror tədbirlərini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, anlamaq lazımdır ki, heç bir separatçı layihə yalnız bir qüvvə üzərində dayanmır, bu cür dövlət qurumlarının sağ qalmasında həmişə ən azı dörd amil var. Bunlardan birincisi daxili. Bu, hər hansı bir dövlətin tərkibindən çıxan bir ərazidə cəmiyyətin, elitanın vəziyyətidir, qalan üçü xaricidir. Birincisi, separatizmə kömək edən əsas dövlətdir, burada o, Ermənistandır. İkincisi, məsələ ondan ibarətdir ki, bu və ya digər separatçı layihənin tərkibindən çıxmağa çalışdığı dövlətdir, bizim vəziyyətimizdə bu, Azərbaycandır. Üçüncüsü, beynəlxalq mühit.

A.Tokarevin sözlərinə görə, Qərblə Rusiya arasında Qarabağ məsələsində xüsusi fikir ayrılıqları yox idi. Hamı Azərbaycanın ərazi bütövlüyünü tanıyırdı. Bütün bu illər ərzində Azərbaycan gücləndi, ölkə Türkiyə və Rusiyanın simasında iki mühüm regional oyunçu da daxil olmaqla, bütün güc mərkəzləri ilə bərabər münasibətlər qurmaqdan ibarət olan effektiv xarici siyasət yürütdü. Bəli, İranla problemlər var, amma Azərbaycan regionun əsas oyunçuları ilə razılığa gəlib və bütün bu illər ərzində ordunu gücləndirib.

Anar ƏLİ,
XQ

Son xəbərlər