Tehranla İrəvan arasında güclənən hərtərəfli münasibətlər fonunda Ermənistanda fars dilinin tədrisi genişləndiriləcək. Bu barədə İranda yaşayan ermənilərin media orqanı olan “Araks” məlumat yayıb.
Bildirilib ki, İranın İrəvandakı səfiri Mehdi Sübhani ilə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan arasında bugünlərdə keçirilən görüşdə bu barədə razılıq əldə olunub. Sübhani regional dil təhsili çərçivəsində Ermənistanın dövlət məktəblərində fars dilinin tədrisinin vacibliyini vurğulayıb.
Erməni nazir də Ermənistanın ali və orta məktəblərində fars dili müəllimlərinin hazırlanması proqramının həyata keçirilməsinin zəruri olduğunu qeyd edib. Müsəlmanları əzəli, əbədi düşmən sayan ermənilərin “fars dili sevgisi” də, şübhəsiz ötəri bir təbliğat amilidir. Bu sevginin arxasında müstəqil Azərbaycan dövlətinə qarşı ortaq hədəfləri daha dərindən anlamaq cəhdi gizlənir. Yəni Tehran və İrəvanın hələ bundan sonra da illər uzunu farsca pıcıldaşmaq ehiyacı var.
Rəhman GƏNCƏLİ