İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası

post-img

Sentyabrın 22-də Azərbaycan Milli Kitabxanasında İslam Əməkdaşlıq Təşkilatına üzvü olan ölkələrin milli kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib. 

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtcamal Ospanova, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu, Pakistan Milli Kitabxanasının direktoru Asif İqbal Xan və Tacikistan Prezidentinin İcra Aparatının "Milli Kitabxana" Dövlət Müəssisəsinin direktoru Jumakhon Xol çıxış edərək  gündəlikdəki məsələlərin vacibliyini qeyd edib, onların həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.

Azərbaycan tərəfinin təklifi ilə UNESCO-ya müraciətin qəbul olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanaları arasında kitab mübadiləsinin təşkili, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının vahid elektron kataloqunun və elektron kitabxanasının təşkil olunması, İƏT üzvü olan ölkələrin milli kitabxanalarının əsas göstəricilərini əks etdirən bir elektron məcmuənin tərtib olunması və onun hər il yenilənməsi,  İƏT üzvü olan ölkələrin milli kitabxanalarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr olub, səsvermə əsasında qərarlar qəbul edilib.

XQ

 

Son xəbərlər