10 noyabr 2020–19 sentyabr 2023-cü il aralığında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində ümumilikdə, 314 nəfər mina terrorunun qurbanı olub. Onlardan 61 nəfəri həlak olub (mülki – 48, hərbçi – 13), 253 nəfər (mülki – 101, hərbçi – 152) isə xəsarət alıb.
10 noyabr 2020–14 dekabr 2021-ci il aralığında 197 nəfər mina terrorundan əziyyət çəkib. 36 nəfər həlak olub (mülki – 29, hərbçi – 7), 161 nəfər (mülki – 52, hərbçi – 109) yaralanıb.
15 dekabr 2022–4 fevral 2022-ci il aralığında 7 nəfər mina terrorunun qurbanı olub. Bir mülki şəxs həlak olub, 6 nəfər (mülki – 4, hərbçi – 2) yaralanıb.
5 fevral 2022–6 aprel 2022-ci il aralığında 6 nəfər (mülki – 5, hərbçi – 1) mina partlayışı nəticəsində yaralanıb.
7 aprel 2022–18 may 2022-ci il aralığında 12 nəfər mina terrorunun qurbanı olub. 2 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb (mülki – 7, hərbçi – 3).
19 may 2022–18 avqust 2022-ci il aralığında 11 nəfər mina terrorundan əziyyət çəkib. 1 hərbçi həlak olub, 10 nəfər yaralanıb (mülki – 8, hərbçi – 2).
– 19 avqust 2022–23 sentyabr 2022-ci il aralığında 22 nəfər mina terrorunun qurbanı olub. 2 hərbçi həlak olub, 20 nəfər yaralanıb (mülki – 2, hərbçi – 18).
24 sentyabr 2022–3 oktyabr 2022-ci il aralığında 5 nəfər mina terrorunun qurbanı olub. 2 mülki şəxs həlak olub, 3 mülki şəxs yaralanıb.
4 oktyabr 2022–10 noyabr 2022-ci il aralığında 11 nəfər mina terrorundan əziyyət çəkib. 1 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb (mülki – 6, hərbçi – 4).
11 noyabr 2022–6 yanvar 2023-ci il aralığında 9 nəfər mina terrorunun qurbanı olub. 1 hərbçi həlak olub, 8 nəfər yaralanıb (mülki – 4, hərbçi – 4).
7 yanvar 2023–14 mart 2023-cü il aralığında 5 nəfər mina terrorunun qurbanı olub. 2 nəfər həlak olub (mülki – 1, hərbçi – 1), 3 nəfər yaralanıb (mülki – 1, hərbçi – 2).
15 mart 2023–12 iyun 2023-cü il aralığında 16 nəfər mina terrorunun qurbanı olub. 7 nəfər həlak olub (mülki – 6, hərbçi – 1), 9 nəfər yaralanıb (mülki – 6, hərbçi – 3).
13 iyun 2023–23 avqust 2023-cü il aralığında 2 nəfər mina partlayışından xəsarət alıb (mülki – 1, hərbiçi – 1).
24 avqust 2023–11 noyabr 2023-cü il aralığında 3 nəfər mina partlayışından xəsarət alıb (mülki – 2, hərbçi – 1).
12 sentyabr 2023–19 sentyabr 2023 –cü il aralığında 8 nəfər mina terrorunun qurbanı olub. 6 mülki şəxs həlak olub, 2 hərbçi yaralanıb.
Mina və digər partlayıcı qurğulardan təmizlənmiş ərazilər:
970 min 552 kvadratmetr, (97 min 55,2 hektar).
Aşkar edilmiş mina və digər partlayıcıların sayı: 94 min 244 ədəd.
Piyadalar əleyhinə minalar: 29 min 617 ədəd.
Tank əleyhinə minalar: 17min 48 ədəd.
Partlamamış hərbi sursatlar: 47 min 579 ədəd.
XQ