Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirin İrana səfəri gözlənilir.
İran xəbər agentliyi İSNA-nın məlumatına görə, Munir mayın 21-də İranın paytaxtı Tehranda Pakistanın İran-ABŞ dialoqunda vasitəçilik rolu ilə bağlı davam edən danışıqların bir hissəsi olaraq bir sıra görüşlər keçirəcək.
İran və ABŞ arasında diplomatik prosesdə vasitəçi kimi iştirak edən Pakistanın daxili işlər naziri Möhsin Nəqvi də bir gün əvvəl Tehranda olub.
Bir həftə ərzində Tehrana ikinci səfəri zamanı Naqvi İran Prezidenti Məsud Pezeşkian və iranlı həmkarı İsgəndər Momeni ilə danışıqlar aparıb.
P.ƏMİRCANOV
XQ

