Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda

post-img

Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub. 

Komitənin sədr müavini xanım Cuy Li qurumlar arasında mövcud əməkdaşlıq və həyata keçirilən layihələrdən danışıb.

Görüşdə Azərbaycanın birinci xanı­mı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Şanxay Əmək­daşlıq Təşkilatı, eləcə də Xarici Ölkələr­lə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əlaqələrin iki ölkə arasında mü­nasibətlərin genişlənməsinə töhfə verdiyi bildirilib. 

Xanım Cuy Li gələcəkdə Heydər Əliyev Fondu ilə gənclər, səhiyyə və mə­dəniyyət sahələrində ardıcıl layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib. 

Qonaq Azərbaycana səfərindən məm­nunluğunu ifadə edib, eləcə də Heydər Əliyev Mərkəzi ilə tanışlığın onlarda bö­yük təəssürat yaratdığını bildirib. 

Heydər Əliyev Fondunun icraçı di­rektoru Anar Ələkbərov Fondun Çin Xalq Respublikası ilə əlaqələrə, o cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatı və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Asso­siasiyası ilə əməkdaşlığa verdiyi önəmi diqqətə çatdırıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin gənclər sahəsində birgə layihələrdə iştirakı, eləcə də Heydər Əliyev Mərkəzində Çin mədə­niyyəti və incəsənəti sahəsində sərgilərin təşkilinin mümkünlüyü nəzərdən keçirilib.

Son xəbərlər