MDB dövlətləri baş prokurorlarının Əlaqələndirmə Şurasının Bakı görüşü

post-img

Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilib.

İclasda Azərbaycan, Belarus, Qa­zaxıstan, Qırğızıstan, Tacikistan, Öz­bəkistan və Rusiyanın baş prokurorları, MDB Baş Prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Ka­tibliyi və MDB-nin Antiterror Mərkəzinin məsul şəxsləri iştirak ediblər.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndi­rib.

İclasda Belarusun Baş prokuroru Andrey İsveç, Qazaxıstanın Baş pro­kuroru Berik Asılov, Qırğızıstanın Baş prokuroru Zuluşev Toktoralyeviç, Rusi­yanın Baş prokuroru İqor Krasnov , Ta­cikistanın Baş prokuroru Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatılla Yuldaşev müxtəlif mövzusunda fikirləri­ni bildirib. Baş prokuror Kamran Əliyev “Beynəlxalq hüquqi əməkdaşlıq – Azər­baycan Respublikası prokurorluğunun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi” mövzusunda çıxış edib.

Daha sonra MDB-yə üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilmə­sində müstəsna xidmətlərinə görə Azər­baycanın Baş Prokuroru Kamran Əliyevə “MDB ölkələrinin fəxri prokuroru” döş nişanı və təşkilat çərçivəsində fəaliyyəti qiymətləndirilən digər şəxslərə müvafiq mükafatlar təqdim edilib.

Tədbirdə Əlaqələndirmə Şurasının 33-cü iclasının gündəliyində duran aktual məsələlər, o cümlədən növbəti iclasın ke­çirilmə yeri və vaxtı, habelə digər təşkilati məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilərək iştirakçılar tərəfindən imzalanıb.

XQ

Son xəbərlər