Sentyabrın 15-də Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) XQ-ə verilən məlumata görə, heyətlərə Azərbaycan tərəfdən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                    