İlon Mask Bakıya gələ bilər

post-img

“Bakıda 74-cü “Beynəlxalq Astronovtika Konqresi”nin keçirilməsi planlaşdırılır. Yeri gəlmişkən, “Space x” şirkətinin rəhbəri İlon Mask da burada iştirak edə bilər”. 

Bu fikirləri “Azərkosmos”un əmək­daşı Fidan Behbudova brifinqdə de­yib. O bildirib ki, “Space x” şirkətinin bu konqresə marağı çox böyükdür. Onlar özləri də burada iştirak üçün can atırlar: “Bizim bu məsələ ilə bağ­lı gözləntilərimiz çoxdur. İlon Mas­kın Azərbaycana gəlməsi gözlənilir, amma bu barədə dəqiq informasiya vermək hələ tezdir”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayra­mov təsdiq edib ki, bu istiqamətdə nazirlik ilə şirkət rəhbərliyi arasında məsləhətləşmələr aparılır.

S. FİDAN
XQ

Son xəbərlər