Avropa çempionatında möhtəşəm nəticə

post-img

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatında Azərbaycan komandası böyük uğurla çıxış edib. 

Təmsilçilərimiz Məhəmməd Kazım­zadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstə­mov (U-14) bütün rəqiblərini qabaqlaya­raq öz yaş kateqoriyalarında qızıl meda­la layiq görülüblər. 18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə ediblər. 12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub. 

Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 7 me­dal qazanıblar. 

Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmat­çı mübarizə aparıb.

L.SABİRQIZI
XQ

İdman