Qar kimi ağ planetlər

post-img

Ekzoplanetlər çox müxtəlifdir. Onların arasında qaz cırtdanlarından tutmuş Yer kürəsinə bənzər super ekzoplanetlər var. Ulduza o qədər yaxın uçan planetlər var ki, ulduz da onları yavaş-yavaş “udur”. Heç bir ulduza bağlı olmayan yaramaz planetlər də az deyil. 

Bəzi planetlərin orbitləri, demək olar ki, dairəvidir, digərlərinin orbitləri isə ko­metaların orbitləri kimi uzanır. Bundan başqa, 100 kilometr dərinlikdə okeanla örtülmüş planetlərlə yanaşı, daim uldu­za baxan tərəfi okean olan planetlər də az deyil. Yalnız lava və ya tamamilə də­mirdən, həmçinin sıxlığı suyun sıxlığın­dan 10 dəfə az olan planetlər də möv­cuddur. Planetlər var ki, qar kimi ağdır, bəziləri isə kömürdən daha qaradır. On­ların sayı isə tezliklə teleskopların sayə­sində daha da artacaq. Hələ Günəş zonasının hüdudlarından kənarda kəşf edilən planetlərlə bağlı çox məlumatlar­la qarşılaşacağıq.

XQ

Dünya