MDB baş prokurorları Bakıda

post-img

Ölkəmizdə keçiriləcək MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə Şuranı və qurumun İcraiyyə Komitəsini təmsil edən nümayəndə heyətləri ölkəmizə işgüzar səfərə gəlib. 

Kamran Əliyevlə nümayəndə heyə­tinin rəhbərləri – İqor Malaşeviç və Vla­dimir Zimin arasında keçirilən ikitərəfli görüşdə təşkilatın işinin təkmilləşdirilmə­si, ona üzv olan dövlət arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, ci­nayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əmək­daşlığın gələcək perspektivləri üzrə mü­zakirələr aparılıb. 

Baş prokuror Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində fəal işti­rak etdiyini, ölkəmizin bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqti­sadi, mədəni və humanitar əlaqələr qur­duğunu bildirib. 

İqor Malaşeviç və Vladimir Zimin təmsil etdikləri qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyi­ni, ölkəmizin təşkilatın fəaliyyətində fəal iştirak etməklə daim onun işinə töhfəsini verdiyini bildiriblər. 

***

Baş prokuror Kamran Əliyev Bakıda toplantıda iştirak etmək üçün ölkəmiz­də işgüzar səfərə gələn Özbəkistanın Baş prokuroru Niqmatulla Yuldoşevin, Belarus Respublikasının Baş prokuroru Andrey Şvedin, Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşevin, Ru­siya Federasiyasının Baş prokuroru İqor Krasnovun və Türkmənistan Baş pro­kurorunun müavini Allanazar Nyazlıyevin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə də görüşlər keçirib.

Son xəbərlər