Türkiyənin Baş prokuroru Şuşa və Füzulidə

post-img

Ölkəmizdə səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib. 

Səfər iştirakçıları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə nəticəsində Şuşaya səfər etmək imkanı əldə etdiklərini, bu tarixi torpaq­da olmaqdan sevinc və qürur hissi ke­çirdiklərini bildiriblər. Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra ta­rixi-mədəni abidələri ziyarət edib, van­dalizmin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımız­da görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər çərçivəsində qonaqlar Füzuli rayonunda da olublar.

Türkiyənin Baş prokuroru Bəkir Şahi­nin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir. 

XQ

Son xəbərlər