Ravvin: Təhlükəsizliyiniz üçün Azərbaycana gedin!

post-img

Xilas olmaq istəyirsinizsə, Azərbaycana gedin! Burada səmimi münasibət görə, vətəndaşlıq və təhlükəsizliyə zəmanət ala bilərsiniz.

Bu barədə Bakı ravvini Zamir İsayevin Ermənistanda qalan sonuncu yəhudilərə müraciətində deyilir.

“Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayıb. Onlar böyük təzyiq altındadır və Holokost terminologiyasından istifadəyə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrinin ravvinlərinin təşəbbüsünə görə təhdid edilirlər”, Z.İsayev videomüraciətində bildirib.

Z.İsayev Ermənistanı tərk etmək istəyənlərə onunla feysbuk vasitəsilə əlaqə saxlamağı tövsiyə edib: “Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə, 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın. Açıq şəkildə öhdəmə götürürəm ki, sizi Azərbaycanda yaxşı qarşılayacaqlar...”

XQ

 

Son xəbərlər