Kərim Vəliyev Türkiyəyə gedib

post-img

Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürakın dəvəti ilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.

Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

***

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi qəbul edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

XQ

 

Son xəbərlər