XİN Ukrayna ərazilərində qondarma “seçkilər”i qəbul etmir

post-img

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanat yayıb.

XQ xəbər verir ki, bəyanatda deyi­lir: “Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanı­yır və dəstəkləyir. Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanun­vericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlət­lərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanın­mış norma və prinsiplərinə əsaslanır. 

Bu meyarlara cavab vermədiyi üçün Ukraynanın beynəlxalq səviyyədə ta­nınmış ərazilərinin bir hissəsində keçi­rilən son "seçkilər"in, ümumiyyətlə, heç bir qanuni qüvvəsi yoxdur”.

Son xəbərlər