Boris Kollar Şəhidlər xiyabanını ziyarət edib

post-img

Azərbaycanda işgüzar səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 5-də Şəhidlər xiyabanını ziyarət edib.

Boris Kolların rəhbərlik etdiyi nü­mayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canla­rından keçmiş qəhrəman Vətən övlad­larının xatirəsini ehtiramla anıb, məzar­ları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiya­banının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Son xəbərlər