Zakir Həsənovun Türkiyəyə işgüzar səfəri başa çatıb

post-img

Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişəhərdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ertan Uzun ilə görüşüb.

Görüşdə hərbi, hərbi təhsil sahələ­rində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının Milli Müdafiə na­ziri Yaşar Güler ilə birgə 2023–2024-cü uçuş təlim ilinin açılış mərasimində iş­tirak edib. Uçuş əmri verildikdən sonra qonaqlar qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.

Daha sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib. Burada Türkiyə Respublikası Silahlı Qüvvələ­rinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb. Görüşdə iki qardaş ölkənin orduları arasında hər­bi əməkdaşlığın inkişaf perspektivlə­ri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri Ankarada keçirilən "TEKNOFEST" Ae­rokosmik və Texnologiya festivalında iştirak ediblər.

XQ

Son xəbərlər