Azərbaycanın təşəbbüsü ilə İstanbulda görüş

post-img

Sentyabrın 2-də İstanbulda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin (müşavirlərinin) qeyri-rəsmi görüşü keçirilib.

Görüşdə üzv dövlətlər arasında si­yasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafının va­cibliyi vurğulanaraq, Təşkilatın fəaliy­yətinin genişləndirilməsinin önəmi qeyd olunub.

İştirakçılar Qazaxıstanın ev sahib­liyi ilə keçiriləcək TDT-nin 10-cu Zirvə Toplantısının təşkilinə dair məsələləri də müzakirə ediblər. Zirvə Toplantısı çərçivəsində imzalanacaq sənədlərin Türk Dünyasında əlaqələrin inkişaf etdi­rilməsi və ortaq hədəflərə nail olunması baxımından əhəmiyyəti vurğulanıb. Gö­rüşdə, həmçinin beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın dərinləşdiril­məsi məsələsi də müzakirə edilib.

Toplantı “Türk Dünyasına Baxış-2040” və “TDT 2022-2026 Stra­tegiyası” çərçivəsində Türk Dövlətləri Təşkilatının inkişaf edən qlobal mühit­də türk dövlətləri arasında daha dərin əməkdaşlığın təşviq olunması öhdəli­yinə uyğun olaraq, konstruktiv dialoq və strateji planlaşdırma baxımından platforma rolunu oynayıb. 

Xatırladaq ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.

***

TDT ölkələri prezidentlərinin kömək­çiləri və diplomatik müşavirləri yeni dia­loq mexanizmini işə salıblar.

Bu barədə Azərbaycan Prezidenti­nin köməkçisi, Prezident Administrasi­yasının Xarici siyasət məsələləri şöbə­sinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türk Dövlətləri Təşkilatı çərçivəsin­də TDT sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz pre­zidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə sal­dıq”, – H.Hacıyev qeyd edib.

***

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin binasında TDT-nin Baş katibi Kubanıç­bek Ömüralıyev Azərbaycan Preziden­tinin köməkçisi, Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə gö­rüşüb.

Görüş zamanı baş katib və Azərbay­can Prezidentinin köməkçisi TDT-nin gündəliyində duran məsələləri və təşki­latın qarşıdakı tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər. Tərəflər həmçinin türk dünyasında baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

XQ



Son xəbərlər