Müdafiə Nazirliyinin məlumatı

post-img

Sentyabrın 2-də səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.

Qeyd edək ki, bu stansiyadan Or­dumuzun müxtəlif istiqamətlərdəki mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

***

Sentyabrın 2-si saat 11:00 radələ­rində Ermənistan silahlı qüvvələri­nin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelə­rindən Azərbaycan Ordusunun üz­bəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən XQ-yə bildiriblər ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə ca­vab tədbirləri görülüb.

***

Həmin gün saat 12:58-də Ermənis­tan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelə­rindən Azərbaycan Ordusunun Naxçı­van Muxtar Respublikasının Culfa ra­yonu istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

***

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələ­rinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə­ki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən XQ-yə bildirilib ki, sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının B-77L tip­li sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yolları­nın C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandan­lığı məlumatlandırılıb. 

***

Həmin gün günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər ra­yonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələ­rinə məxsus zərbə pilotsuz uçuş aparatı aşkar edilib.

Bölmələrimizin sayıqlığı nəticəsin­də vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.

***

Saat 16:00-dan 16:10-dək Azərbay­can Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri böl­mələrinin Əzizli yaşayış məntəqəsi is­tiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə nazirlikdən XQ-yə bil­dirilib.

XQ

Son xəbərlər