Birinci Qarabağ müharibəsi şəhidinin dəfni

post-img

1992-ci ilin yanvarın 26-da Şuşa rayonun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü Adil Niftəliyevin cəsədinin qalıqları avqustun 24-də doğma yurdunda dəfn olunub.

Adil Niftəliyev 1966-cı il iyulun 24-də Xaçmaz rayonunun Kiçik Baraxum kəndində dünyaya göz açıb, hərbi xid­mətdən sonra dəmiryolçu kimi çalışma­ğa başlayıb. Birinci Qarabağ mühari­bəsi başlayanda isə könüllü cəbhəyə yollanıb. Malıbəyli, Kərkicahan, Kosa­lar kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin dü­şüb. Ondan sonra ailəsi Adil haqqında heç bir xəbər almayıb.

Adil Niftəliyevin dəfn mərasimin­də şəhidlərimizin ruhuna dualar oxu­nub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məza­rına tər güllər düzülüb, əklil qoyulub.

Qeyd edək ki, şəhid Adil Niftəliyev Şuşa rayonunun Daşaltı kəndi ərazi­sində qalıqları aşkarlanan şəxsiyyəti müəyyənləşmiş yeddi nəfərdən biridir.

“Xalq qəzeti”

Son xəbərlər