Kütləvi məzarlığın 15 şəhidinin kimliyi məlum oldu

post-img

Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən bir qrup itkin düşənin siyahısı açıqlanıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.

İşçi qrupunun rəhbəri bildi­rib ki, artıq 15 nəfər itkin düş­müş şəxsin aqibətinə aydınlıq gətirilib: “4 min itkinin müqabi­lində bu rəqəm azdır. Amma bu başlanğıcdır. Proses da­vam etdirilir. Şəxsiyyəti aşkar edilənlərin 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir”.

Kimliyi müəyyən edilənlər: İbrahimov Vəliyyəddin Səhləb oğlu, Abdullayev Nurəli Ha­cıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bağır oğlu, Abbasov Məhər­rəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Qarayev Qa­far Qənbər oğlu, Hüseynov Əli Heydər oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Mikayılov Baba Balakişi oğlu, İsayeva Sənəm Həsən qızı, Əzizov Yusif İsmayıl oğlu, Mu­sayev Mehman Kamal oğlu, Allahverdiyev Şəmsəddin Əvəz oğlu, Məmmədov Əsəd Məmməd oğlu.

Allah rəhmət eləsin!

“Xalq qəzeti”

Son xəbərlər