“Bir kəmər-bir yolun on ili: tərəqqi və perspektivlər”

post-img

Çinin Xarici Əlaqələr İnstitutu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Çonqyan Maliyyə İnstitutu və Çinin Renmin Universitetinin birgə təşkilatçılığı ilə Pekində “Bir kəmər-bir yolun on ili: tərəqqi və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Tədbir qlobal infrastruktur təşəbbüsü­nün tərəqqisini və perspektivlərini müza­kirə etmək üçün ekspertləri, diplomatları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi­nin üzvü olan “Bir kəmər-bir yol” ölkələri­nin sabiq ölkə və hökumət başçılarını bir araya gətirib.

Tədbirdə Serbiyanın sabiq Preziden­ti Boris Tadiç bildirib ki, son 10 ildə “Bir kəmər-bir yol” təşəbbüsü qlobal arenada dəyişdirici rol oynadı, dünyaya əvvəlkin­dən daha çox çoxtərəflilik gətirdi və eyni zamanda, bu təşəbbüsün istiqamətində olan ölkələr üçün daha yaxşı şərait yarat­dı. Orta Dəhliz layihəsi Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Türkiyə, Qərbi Balkanlar və Avropa İttifaqını bir araya gətirən, Avropa və Asiya arasında ticarət və tərəfdaşlıq üçün inkişaf edən digər mühüm təşəbbüsdür.

Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev isə qeyd edib ki, artıq Çin və Qırğızıstan arasında iki magistral yol çə­kilib. Bu da hər iki ölkə, Cənubi Qafqaz daxil olmaqla, bütün region üçün çox bö­yük fayda gətirəcək. “Bir kəmər-bir yol” təşəbbüsünün qlobal inkişaf və idarəçilik­də daha böyük rol oynaması üçün bütün potensialı var.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya bildirib ki, “Bir kəmər-bir yol” təşəbbüsü, əslində, qarşılıqlı fayda üçün birlikdə işləri necə edə biləcəyimizlə bağlı paradiqmanı də­yişir. Bu təşəbbüs BMT tərəfindən qəbul edilmiş davamlı inkişaf məqsədləri olan daha böyük mənzərə istiqamətində irə­liyə doğru çox konkret addımdır.

“Çinin reallaşdırdığı təşəbbüslərə önəm veririk və hər il keçirilən Qlobal Bakı Forumunda “Bir kəmər-bir yol”un qlobal səviyyədə əhəmiyyəti ilə bağlı tərəfdaş təşkilatlarla birgə müzakirələr aparılır”, – deyə o qeyd edib.

Konfrans barədə xarici mediada, o cümlədən, CCTV, “Xinhua News Agen­cy”, CGTN, “China News”, “China Daily Economic Daily”, “Liberation Daily Chi­na macro network”, “Beijing Daily”, “Pe­ople’s Daily Overseas Network”, “Hubei TV”, “First Financial Television”, “Hong Kong China Rating Agency”, “US NBC”, “Pakistan Independent News”, “Ameri­can Market News Service International”, “Sankei Shimbun”da məqalələr dərc edi­lib.

Son xəbərlər