Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Asiya İnkişaf Bankı (ADB) arasında ölkəmizdə sığorta sektorunda nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.
AMB-nin sədri Taleh Kazımov sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, görüş ADB-nin icraçı direktoru Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutub. Söhbət zamanı qlobal iqtisadiyyatın qarşılaşdığı mövcud çətinliklər, Azərbaycanın iqtisadi inkişaf dinamikası, pul siyasətinin istiqamətləri, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin gücləndirilməsi, eləcə də bu sahənin potensial imkanları ətraflı müzakirə olunub.
Görüşdə AMB və ADB arasında gələcək əməkdaşlığın prioritetləri, habelə ADB-nin Azərbaycanın maliyyə sektorunda iştirak perspektivləri barədə fikir mübadiləsi də aparılıb.
XQ