Müdafiə Nazirliyinin məlumatı

post-img

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən mə­lumat verilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində apa­rılan mühəndis-istehkam işləri dərhal da­yandırılıb", – məlumatda qeyd olunub.

* * *

Avqustun 19-u saat 16:45-də Er­mənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşa­yış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusu­nun Kəlbəcər rayonunun Yellicə yaşa­yış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

“Xalq qəzeti”

Son xəbərlər