SOSİAL XƏBƏRLƏR

post-img

Pensiya islahatlarına dəstək 

Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observato­riyanın Təlim Mərkəzində “Pen­siya: müqayisəli perspektivdə metodlar və risklər” mövzusunda ikigünlük təlim keçirilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” la­yihəsi çərçivəsində keçirilən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə, İqtisadiyyat və Ədliyyə na­zirliklərinin əməkdaşları, həmçinin Dövlət Sosial Müdafiə Fondu, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələri iştirak ediblər. 

Təlimdə Leuven Universitetinin professoru Yves Stevens tərəfindən “Pensiyanın maliyyələşdirmə üsul­ları” , “Sosial təminatın modelləri və idarə edilməsi” , “Pensiya ilə bağlı risklər” mövzuları haqqında məlu­matlar verilib. İştirakçıların sualları cavablandırılıb. 

Sonda təlim iştirakçılarına sertifi­katlar təqdim edilib.

E-xidmətlərə 10 milyondan çox müraciət edilib

Bu ilin yanvar–iyul aylarında Əmək və Əhalinin Sosial Müda­fiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 10 mil­yon 350 min müraciət qeydə alı­nıb. Bu barədə qurumdan verilən məlumatda deyilir.

Bildirilir ki, hazırda nazirliyin 153 xidmətinin 90 faizdən çoxu e-qayda­da təqdim edilir. Həmçinin digər qu­rumların informasiya bazaları ilə in­teqrasiya prosesi təmin olunur. Cari ilin 7 ayında nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə həmin qu­rumlardan daxil olan sorğu sayı 146 milyon olub.

Aldığımız məlumatda, həmçi­nin qeyd edilir ki, son illərin mühüm rəqəmsal sosial nailiyyətlərindən olan e-sosial internet portalından isə yanvar–iyul aylarında 4 milyon 537 min 400 dəfə istifadə olunub.

7 ayda ödənişlərin həcmi artıb

Bu ilin 7 ayında Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Mü­dafiə Fondu tərəfindən 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 milyon ma­nat, Prezident təqaüdləri üzrə 21 faiz çox – 374 milyon manat ayrılıb.

Qeyd edək ki, yanvar–iyul ay­larında 79 min, sosial ödənişlə­rin elektron təyinatına başlandığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”





Sosial həyat