Elektrik enerjisi ixracından gəlirlər 9 dəfə çoxalıb

post-img

Bu ilin yanvar-iyul aylarında “Azərenerji” ASC 2 milyard 829 milyon kVt/saat elektrik enerjisi ixrac edib. 

Dövlət Gömrük Komitəsinin məluma­tına görə, bu həcmdə enerjinin dəyəri 314,46 milyon ABŞ dolları təşkil edib. Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqa­yisədə müvafiq olaraq 4,1 dəfə və 8,9 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ix­racı Azərbaycanın ümumi ixracında 1,51 faiz, qeyri-neft sektoru üzrə ixracında isə 15,67 faiz paya malik olub.

“Xalq qəzeti”

Son xəbərlər