İcma: Ermənistanda bir nəfərin, sadəcə, türkcə danışmasına görə həbsini kəskin şəkildə qınayırıq

post-img

Biz, Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması, bu günlərdə Ermənistanın Karvansara (İcevan) rayonunda bir nəfərin, sadəcə, türkcə danışmasına görə hücuma məruz qalmasını və onun polis tərəfindən həbs olunmasını kəskin şəkildə qınayırıq.

Bu insident, Ermənistandan bütün azərbaycanlıların 1987-1991-ci illərdə zorla qovulmasının əsas səbəbi olan ölkənin dövlət siyasətində və cəmiyyətində dərin kök salmış irqçilik və ksenofobiyanın növbəti bir bədnam göstəricisidir.

Bu barədə Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı bəyanatda bildirilib.

“Biz dünya ictimaiyyətini bu insidenti pisləməyə və Ermənistanın irqçi siyasətinə son verməsi, ölkədə tolerant mühit yaratması və qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməsi üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq.

Biz, həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarını, İrqçiliyin, irqçi ayrı-seçkiliyin, ksenofobiyanın və əlaqədar qeyri-tolerantlığın müasir formaları üzrə BMT-nin xüsusi məruzəçisini, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarını sözügedən insidentlə məşğul olmağa və təqibə məruz qalan şəxsin hüquqlarını müdafiə etmək üçün lazımi addımları atmağa çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

Son xəbərlər