“BMT-də müzakirələr kimin real sülh istədiyini göstərdi”

post-img

“BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr kimin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istədiyini, kimin isə revanşla bağlı boş ümidlərlə zaman qazanmaq üçün “humanitar fəlakət” tamaşaları oynamağa davam etdiyini bir daha göstərdi”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası­nın İqtisadi məsələlər və innovativ in­kişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” (“Twitter”) hesabındakı paylaşımda qeyd edib. 

Onun sözlərinə görə, dünya ictima­iyyətinin yekdil fikri ondan ibarətdir ki, artıq tamaşalardan Azərbaycan və Er­mənistan arasında uzunmüddətli da­vamlı sülhün konkret detallarının müza­kirəsinə keçid etmək vaxtıdır.

Son xəbərlər