Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilir

post-img

Qarabağ və Şərqi Zəngəzurda 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Çinin “Gezhouba Group” şirkətləri tərəfindən işğaldan azad edilən ərazilərimizdə “yaşıl enerji” layihələrinə investisiya yatırmağa böyük maraq göstərilir. Energetika Nazirliyinin məlumatına görə, bu barədə “yaşıl enerji” sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri zamanı bildirilib.

Səfər çərçivəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Mə­sim Məmmədovla keçirilən görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yara­dılması üzrə Tədbirlər Planı”na uyğun olaraq reallaşdırılan layihələr, həmçi­nin rayonun Minkənd ərazisində külək elektrik stansiyasının (KES) tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fi­kir mübadiləsi aparılıb. Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisin­dən istifadə ilə əlaqədar həyata keçi­rilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının qurulması ilə bağlı məsələlər müzakirə edilib. 

Eyni zamanda, bərpaolunan enerji sahəsində milli kontentin yaradılması­nın xüsusi maraq çəkdiyi vurğulanıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayı­dışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonla­rında külək enerjisi potensialının yük­sək olduğu nəzərə alınaraq bu ərazilər­də KES-lərin tikintisinin planlaşdırıldığı bildirilib. 

Yeri gəlmişkən, ötən il mart ayının 15-də Bakıda keçirilən 230 MVt gücün­də “Qaradağ” Günəş Elektrik Stansi­yasının təməlqoyma mərasimi çərçivə­sində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb. Energetika Nazirliyi ilə adıçəkilən şirkəti arasında “Dənizdə inteqrasiya edilmiş bərpaolu­nan enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu dənizdə külək enerjisindən istifadə, “yaşıl hidrogen” istehsalı, karbon tutulması və saxlanıl­ması kimi məsələlərin reallaşdırılmasını qarşıya önəmli vəzifə kimi qoyub. 

Sözügedən nazirliklə şirkət arasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarında bərpaolunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu isə Azərbaycanın işğal­dan azad edilən ərazilərində alternativ enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəy­yənləşdirir. Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamət­lərdə investisiya imkanlarını Energetika Nazirliyi ilə koordinasiyalı şəkildə araş­dırmaq niyyətindədir. 

Bütün bunlarla yanaşı, “Masdar” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasın­da bərk məişət tullantılarından enerji istehsalı, “Azərbaycan Dəmir Yolları” QSC arasında isə bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əmək­daşlıq üzrə anlaşma memorandumları imzalanıb.

Azərbaycanla investisiya dəyəri 225 milyon dollardan çox 230 MVt gü­cündə “Qaradağ” GES layihəsi üzrə əməkdaşlıq edən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avst­raliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa dövlətlər də daxil olmaqla 40-dan çox ölkədə səmərəli fəaliyyət göstərir.

“Masdar” şirkəti 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan və təmiz enerji sahəsində bir neçə layihə həyata keçirəcək. Şirkət bu bölgədə ilk layihəsini Kəlbəcər–Laçın zonasında, gücü 100 MVt-dan çox olan KES-in ti­kintisi ilə başlayacaq, sonrakı layihələ­rin gücü isə Qarabağda 200 MVt gücün­də günəş stansiyasının tikintisi olacaq.

Qlobal miqyasda bərpaolunan ener­ji sahəsində 8 min meqavat olmaqla, elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard dollar məbləğində investisiya portfelinə ma­lik olan “ACWA Power” şirkətinin Azər­baycanın işğaldan azad edilən ərazilə­rində “yaşıl enerji” layihələrində əsas investorlardan biri olacağı istisna deyil. Xatırladaq ki, 2022-ci ildə bu şirkət tərə­findən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” KES-in inşasına başla­nılıb. Bundan başqa, Azərbaycan Ener­getika Nazirliyi bu il iyunun 1-də Çinin “China Gezhouba Group Overseas In­vestment” şirkəti ilə ümumi gücü 2 GVT olan bərpaolunan enerji mənbələri üzrə layihələrdə əməkdaşlıq etmək məqsə­dilə niyyət memorandumu imzalayıb.

Göründüyü kimi, hər 3 şirkət işğal­dan azad edilən ərazilərdə daha böyük investisiya layihələrinin həyata keçiril­məsini nəzərdə tutub. Dövlət başçısı­nın 2021-ci il 3 mart tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqın­da” Sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək, termal, geotermal və digər bərpa olunan enerji potensialının istismarı və xarici şirkət­lərin bu ərazilərə cəlb edilməsi üçün əhatəli güzəşt və müxtəlif stimulların verilməsi qərara alınıb. Həmin ərazilər­də investisiyaların təşviqi mexanizmləri­nin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xam­mal və materialların idxalı ilə bağlı göm­rük və vergi güzəştlərinin müəyyənləş­dirilməsi məqsədilə hökumətə müvafiq tapşırıqlar verilib və bu imkanlar xarici investorlara təqdim edilib. 

Son bir il ərzində Yaponiya, Cənu­bi Koreya, İtaliya, Türkiyə, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bu sahədə əməkdaşlıq im­kanlarının müzakirəsi aparılıb.

“Yaşıl enerji zonası”nın yaradılması ilə əlaqədar hazırlanmış konsepsiyaya uyğun olaraq işğaldan azad olunan böl­gələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpaolunan enerji mənbələrinin istehsalı məqsədilə böl­gədə külək və günəş enerji stansiyaları­nın, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda SES-lərin tikilməsi nəzər­də tutulur. 

Konsepsiya sənədinə əsasən, 6 ra­yonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qu­badlı, Laçın və Kəlbəcər) günəş elekt­rik stansiyalarının tikintisi üçün, ümumi sahəsi 14 min 427 hektar və güc qoyu­luşu potensialı 7214 meqavat olan, 8 perspektiv ərazi müəyyənləşdirilib. Hər bir ərazi üzrə düşən günəş radiasiya­sının miqdarına görə gözlənilən enerji istehsalı dəqiqləşdirilib. 

Mövcud potensial xarici investorla­ra təqdim edilib və onlara əlverişli sər­mayə imkanları, vergi, gömrük güzəşt­ləri müqabilində Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl enerji zonası” ya­ratmaq təklif olunub. Onların sırasında Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Mas­dar” şirkətləri cəlbedici şərtlərə uyğun olaraq növbəti mərhələdə bu ərazilərdə külək və günəş enerjisi stansiyaları inşa etməyi məqsədəuyğun hesab etdiyini açıqlayıb. 

Beləliklə, “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkət­ləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaş­dırılan bu istehsal gücləri tələbatdan, potensial isə yaradılacaq güclərdən dəfələrlə çoxdur.

Beləliklə, Azərbaycan hökuməti bü­tün iqtisadi imkanları və vergi-gömrük güzəştlərini səfərbər edərək həm qlo­bal miqyasda ekoloji cəhətdən xüsusi üstünlüyə malik “yaşıl enerji” istehsalını artırır, ölkədə “yaşıl iqtisadiyyat” kon­sepsiyasının əsas hədəflərindən birinə çatmağı planlaşdırır, həm də ən strateji məqsədlərindən biri olan işğaldan azad edilmiş ərazilərini geniş xarici investisi­ya zonasına çevirir. 

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Qarabağ və Şərqi Zəngəzur alternativ və bərpaolunan enerji mənbələri ilə zəngindir. Elə buna görə də Prezident İlham Əliyev iş­ğaldan azad olunan həmin iqtisadi rayonların “yaşıl enerji” zonasına çevrilməsini qarşıya mühüm vəzifə kimi qoyub. 

Aparılan hesablamalara əsasən, düşməndən təmizlənən ərazilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Bu torpaq­larda aparılan quruculuq tədbir­lərində “yaşıl enerji” layihələrinə daha çox üstünlük verilir. Həmçinin Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas ra­yonlardan biri kimi də tanınır. 

“Yaşıl elektrik” enerjisinin isteh­sal güclərinin bərpası çərçivəsində Laçın, Kəlbəcər və Suqovuşanda 20,2 MVt gücündə 4 su elektrik stansiyasının (SES) bərpası başa çatdırılaraq, istismara verilib. Həkə­ri çayı üzərində yerləşən 8 MVt gücündə “Güləbird” SES, Tərtər rayonu ərazisində yerləşən 4,8 MVt gücündə “Suqovuşan-1” və 3 MVt “Suqovuşan-2” kiçik SES-lə­ri su elektrik, o cümlədən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik SES-lə­ri işğaldan azad olunan sahələrin və bu ərazilərdə gerçəkləşdirilən infrastruktur layihələrinin elektrik enerjisi ilə təmin olunmasını real­laşdırıb. 

Şərqi Zəngəzurun Cəbrayıl əra­zisində isə hazırda 2 mühüm əhə­miyyətə malik enerji obyekti–Araz çayı üzərində qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” SES-ləri inşa olu­nur. Hər iki SES-in yaxın 2 il ya­rım ərzində istismara hazırlanması nəzərdə tutulur. 

“Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması da mü­hüm əhəmiyyət daşıyan hadisədir. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri Azərbaycanın tələbatından, potensialı isə yaradı­lacaq güclərdən dəfələrlə çoxdur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat