ATİB heyəti Şimali Kiprdə

post-img

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti və bir qrup üzvləri Şimali Kipr Türk Respublikasında (ŞKTR) işgüzar səfərdə olublar. Səfər proqramında heyəti ŞKTR-nın Azərbaycandakı təmsilçisi, xanım Ufuk Turğaner müşayiət edib.

Nümayəndə heyətini ölkənin pre­zidenti Ersin Tatar qəbul edib. Söhbət zamanı Azərbaycanla Şimali Kipr ara­sında ticarət potensialının inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin yaxşılaşdırılması is­tiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi­nin vacibliyi qeyd edilib. 

ATİB İdarə heyətinin sədri Cemal Yanğın qəbula görə prezidentə təşəkkür edib və iş adamlarının Şimali Kiprdə yeni layihələr həyata keçirmək niyyətində ol­duqlarını bildirib. O, Azərbaycanın mə­dəniyyət paytaxtı Şuşa haqqında kitabı prezident Ersin Tatara hədiyyə edib. 

Səfər çərçivəsində nümayəndə heyə­tinin Kipr Türk İnvestisiya və İnkişaf Agentliyinin direktoru Ebru Kaptan Ser­toğlu, Kipr Türk Sənaye Palatasının sədri (KTSO) Əli Kamacıoğlu, Xarici işlər naziri Tahsin Ertuğruloğlu, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclər və Eko­logiya naziri Fikri Ataoğlu, İqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu, Kənd təsərrüfatı və təbii sərvətlər naziri Dur­sun Oğuzla keçirdiyi görüşlərdə qarşılıqlı maraq doğuran məsələr müzakirə edilib. Kipr Türk Ticarət palatasının sədri Tur­gay Deniz və idarə heyətinin geniş tərkib­li üzvləri ilə keçirilən görüşdə palatanın sədri Azərbaycanla turizm, kənd təsər­rüfatı və diğər sahələr üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Cemal Yanğın 1991-ci ildə Azərbay­canın dövlət müstəqilliyini bərpa etdikdən sonra islahatlar apararaq bazar iqtisadi sisteminə keçdiyini və buğün sosial-iqti­sadi inkişafın davam etdiyini bildirib. Gö­rüşün sonunda ATİB-lə Kipr Türk Ticarət Palatası arasında əməkdaşlıq protokulu imzalanıb.

Qonaqlar Yaxın Doğu Universitetinin İnnovvasiya Mərkəzində istehsal edilən “Günsel” avtomobilləri ilə tanış olublar. Prorektor Murat Tuzinkan bildirib ki, yaxın gələcəkdə satışa çıxarılacaq bu avtomobillərin qardaş türk respublikala­rında da zavodlarının qurulması nəzərdə tutlub.

Nümayəndə heyəti Kipr türklərinin öndəri Fazil Küçükün və ilk prezident Rauf Denktaşın məzarlarını ziyarət edib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Son xəbərlər