Bakıda Beynəlxalq Konfrans keçirildi

post-img

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli konfransın məqsədləri və iştirakçıları barədə məruzə etdi. Sonra 1-ci panel təqdimatları həyata keçirildi. “Deportasiya qurbanlarının qayıdışı beynəlxalq hüquq çərçivəsində” mövzusunu əhatə edən müzakirələrdə Azərbaycan təcrübəsi üzrə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nin beynəlxalq əlaqələr departamentinin rəhbəri, Ankara Universiteti Hüquq fakültəsinin tələbəsi Əlibəy Hüseynli, Belarus təcrübəsi üzrə Belarus Respublikası Akademtrans Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Natalya Harbuz, Gürcüstan təcrübəsi üzrə Qadın Biznes Assosasiyası, AB Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İqtisadi İnteqrasiya İşçi Qrupunun koordinatoru Nino Elizbaraşvili, Türkiyə təcrübəsi üzrə Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi Bursa Başqanı Fikri Özder  və Ukrayna təcrübəsi üzrə Azərbaycan Ukrayna Qadınlar Cəmiyyəti İctimai Birliyinin rəhbəri Lidia Alieva-Şestak geniş təqdimatla çıxış etdilər.

2-ci təqdimat paneli olan “Şərq Tərəfdaşlığı regionunda sülh və sabitliyin qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl və Gürcüstan Beynəlxalq Biznes  və İqtisadi İnkişaf Mərkəzinin sədri David Tsiskaridze geniş müzakirələr apardılar.

Tədbirdən sonra beynəlxalq ekspertlərlə Qərbi Azərbaycan İcmasında geniş tərkibli görüş baş tutdu. Görüşdə Milli Məclisin deputatları Əziz Ələkbərli, Hikmət Babaoğlu, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli Azərbaycanın haqlı mövqeyindən,  deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə danışaraq  bu mövzuda geniş məlumatlar verdilər. 

















Son xəbərlər