Monqolustanda qədim izlər

post-img

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Monqolustana səfəri çərçivəsində Çingiz xan Muzeyinin direktoru və Beynəlxalq Monqol Tədqiqatçıları Birliyinin baş katibi Sampildondvin Çuluun ilə görüşüb.

Bu barədə qəzetimizə Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, Çingiz xan Muzeyində keçi­rilən görüşdə qurumlar arasında əmək­daşlığın daha da inkişaf etdirilməsi yolları və köçərilərin irsinin təbliği istiqamətində birgə layihələrin təşkili planları müzakirə olunub.

Şahin Mustafayevin Monqolustan Dövlət Universiteti və Türkiyənin Katib Çələbi Universitetinin türkologiya kafedra­sının müdiri professor Ankhbayar Danuu ilə görüşündə isə Monqolustanda türkoloji tədqiqatların vəziyyəti müzakirə edilib. 

“Xalq qəzeti”

Son xəbərlər