Türkiyəli professor elmi texnoparkda

post-img

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) İstanbul Aydın Universitetinin Magistratura Təhsili İnstitutunun direktoru, professor Ragıp Kutay Karaca ilə görüş keçirilib.

YTP-dən redaksiyamıza bildirilib ki, görüşdə baş direktor Vasif Abbasov və tanınmış şəxslər iştirak ediblər. Öncə pro­fessor Karacaya texnoparkın əsas fəa­liyyət istiqamətləri, istehsal olunan məh­sullar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə belə təşəbbüslərin artırılması ilə müva­fiq sahibkarlığın formalaşmasına dəstək verən YTP Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli yeni məhsulların isteh­salını həyata keçirir, özəl sektor, biznes şəbəkələri ilə əməkdaşlıq edir.

Daha sonra qonaq YTP-nin ərazi­si, texnoparkın rezidentlərinin istehsal sahələri ilə yaxından tanış olub. Alimə istehsal olunan məhsullar barədə ətraflı məlumat verilib.

Professor Karaca texnoparkın rezi­denti Təcrübə-Sənaye Zavodunda dünya standartlarına tam cavab verən mühərrik yağlarının istehsalı prosesini də izləyib. O, bundan başqa, Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye karbohid­rogenlərin, neft və neft-kimya məhsulları­nın və istehlak mallarında toksik element­lərin sınaqları, eləcə də digər təcrübə işləri ilə tanış olub. 

“Xalq qəzeti”

Son xəbərlər