Şəmkir və Ağstafada ictimai dinləmələr

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” ilə bağlı bölgələrimizdə ardıcıl olaraq  işsiz və iş axtaranlarla ictimai dinləmələr – görüşlər keçirilir.  Bugünlərdə  Şəmkir və Ağstafa rayonlarında da  ictimai dinləmələr olub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən aldığımız məlumatda bildirilir. 

Qeyd olunur ki, layihə barədə məlumatlılığı artırmaq, hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyan tədbirlərdə layihənin məqsədləri, əhatə dairəsi haqqında məlumat verilib. Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın faydaları, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsiz və işaxtaran şəxslərə müvafiq tövsiyələr verilib.

Zərifə HÜSEYNOVA,  
“Xalq qəzeti”

Son xəbərlər