Amerika Ticarət Palatasının nümayəndələri ölkəmizdə

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) İnsan Resursları və Əmək Komitəsinin nümayəndələri ilə görüş keçirilib.

Söhbət zamanı ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan uğurlar diqqətə çatdırılıb. Əmək qanunvericiliyinin əmək bazarında yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində atılan addımlar, bu sahədə baş verən son dəyişikliklər barədə görüş iştirakçılarına məlumat verilib. 

Görüşdə, həmçinin “Əmək və məşğulluq” altsisteminin əhəmiyyəti, yaradılmaqda olan Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə metodiki dəstək verilməsində önəmli rol oynayacağı vurğulanıb. Əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığa xüsusi önəm verildiyi qeyd olunub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Siyasəti Şöbəsinin və  Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər şəxsləri ilə İnsan Resursları və Əmək Komitəsinin nümayəndələri arasında Əmək Məcəlləsinin tətbiqi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb, komitə üzvlərinin rəy və təklifləri dinlənilib. 

Zərifə HÜSEYNOVA,  
“Xalq qəzeti”

Son xəbərlər