Bakıda Çingiz Aytmatova heykəl qoyulacaq

post-img

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib. Bu barədə  nazirlikdən bildirilib.

Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Müsabiqədə Natiq Əliyev birinci, Nurəli Şahbazov ikinci, İlqar Ağaşov isə üçüncü yerə layiq görülüb.

Xatırladaq ki, heykəltəraşlıq müsabiqəsi Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdu.

“Xalq qəzeti”

 

Son xəbərlər