Yaxın günlərdə Zabuxa köç başlayacaq

post-img

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. 

Qurumdan bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Püşkatmada 20 ailə (88 nəfər) iş­tirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yer­lərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyek­tivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nü­mayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyən­ləşdirirlər.

Tezliklə daimi yaşayış üçün Zabux kəndinə qayıdacaq keçmiş məcburi köç­künlər çox böyük sevinc hissi keçirdik­lərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildi­riblər.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Zabux kəndinə yola sa­lınacaqlar.

Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Res­publikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Zabux kəndində birin­ci mərhələdə beton zirzəmi-sığınacağı olan 223 birmərtəbəli fərdi yaşayış evi inşa edilir. Bundan başqa, kənddə uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də tikilir.

Q.QASIMOV, “Xalq qəzeti”



Son xəbərlər