Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri yay tətilini qardaş Türkiyədə keçirirlər. Universitetin mətbuat xidmətindən bildiriblər ki, turizm işinin təşkili ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 73 nəfəri Türkiyənin Antalya şəhərində “Job Türkiye” və “Summer Tour” şirkətinin dəstəyilə gerçəkləşən istehsalat təcrübəsini uğurla davam etdirirlər.
Antalyada təcrübə imkanı qazanan universitet tələbələrindən əksəriyyəti “Rixos Premium Belek Hotel”, “Voyage Belek Golf & Spa Hotel”, “Selectum Family Side Hotel”, “The Land of Legends Hotel” və digər 5 ulduzlu, nüfuzlu otellərdə, 16 nəfəri isə “Summer Tour” şirkətində peşə vərdişlərinə yiyələnirlər. ATMU-nun müvafiq strukturları təhsildə olduğu kimi, istehsalat təcrübəsi mərhələsində də keyfiyyət amilinin təmin olunmasına və uyğun metodların işlənib hazırlanması məsələsinə xüsusi səy göstərirlər.
Z.HÜSEYNOVA,
“Xalq qəzeti”