Şuşada Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib.
İclasda Şuşa rayonunun biomüxtəlifliyi və onun tədqiqi, Şuşa şəhərində bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, Şuşa şəhərində yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi perspektivləri, Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin su təchizatının təmin edilməsi məqsədilə Zarıslı çayı üzərində planlaşdırılan su anbarının texniki-iqtisadi əsaslandırma layihəsi, Şuşa yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü, Kəlbəcər və Laçın rayonlarında tikintisi planlaşdırılan su-elektrik stansiyaları, Şuşa şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.