Nazirlikdən bildirilib ki, onlayn formatda keçirilən görüşdə dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi Pakistanla tərəfdaşlığımızın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir.
Tərəflər Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri, birgə layihələrin icrası və əməkdaşlığın gündəliyində olan digər məsələləri müzakirə ediblər.
“Xalq qəzeti”