Tarixi Bərdə–Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.
Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı xəbərə əsasən, uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi artıq yerinə yetirilib. Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.
“Xalq qəzeti”