“Azərenerji” ASC 2022-ci ili 436 milyon manat xalis mənfəətlə başa vurub. Səhmdar cəmiyyətin məlumatına əsasən, bu, 2021-ci illə müqayisədə 3 dəfə çoxdur. Bununla da, qurumun yığılan zərəri 16,8 faiz azalaraq 2 milyard 164 milyon manata düşüb.
Cari il yanvarın 1-nə “Azərenerji”nin aktivləri 4 milyard 522 milyon manat olub ki, bu da illik müqayisədə 9 faiz çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 11,6 faiz azalaraq 2 milyard 212 milyon manata düşüb, balans kapitalı isə 40,4 faiz artaraq 2 milyard 309 milyon manata çatıb.
Xatırladaq ki, “Azərenerji” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 760 milyon manatdır. 100 faiz dövlətə məxsus qurum ölkənin əsas enerji istehsalçısı və ixracatçısıdır.
“Xalq qəzeti”